This is a specific ad

Bu ölkə “qara cümə” endirimlərinə ən çox maraq göstərilən Avropa ölkəsidir

226

Another advertisement

İtaliya “qara cümə” endirimlərinə ən çox maraq göstərilən Avropa İttifaqı ölkəsidir.

QafqazTürk Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “PwC” şirkətinin araşdırmasında bildirilir.

Qeyd olunub ki, İtaliyada hər 10 nəfərdən 9-u bu endirim günlərində alış-veriş etməyə maraq göstərir. Ümumilikdə istehlakçıların 86 faizi məhz endirim günlərində alış-veriş etmək niyyətindədirlər.

Bildirilir ki, italiyalı respondentlərin yarıdan çoxu (54,3 faizi) 101-500 avro arasında pul xərcləməyi planlaşdırır. Bir nəfər isə orta hesabla 229 avro xərcləyir. Vəsaitlər ən çox elektronika, geyim, tibbi, sağlamlıq və gözəllik məhsullarına xərclənir.

 

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Bütün dünyanı bürüyən “Qara Cümə” aksiyası nədir?
Öncəki yazı
Polşada Gürcüstan vətəndaşı saxlanılıb