Monteneqro ev təsərrüfatlarının məişət tullantılarını ən az çeşidlədiyi dünya ölkələrinin reytinqində ilk onluqda yer alıb.
QafqazTürk Media bu barədə xarici mətbuata istinadən verir ki, by barədə “Lloyd’s Register” Fondunun tərtib etdiyi hesabatda deyilir.
Qeyd edək ki, hesabat dünyanın 142 ölkəsində 147 min müsahibə aparan “Gallup” sorğu təşkilatı tərəfindən toplanan məlumatlar əsasında hazırlanıb.
Monteneqro ilə yanaşı, Balkan regionu ölkələrindən Kosovo və Albaniya da dünyada insanın məişət tullantılarını ən az ayırdığı, ətraf mühitlə bağlı problemlərə və sağlamlıq üçün risklərə səbəb olan 10 ölkə arasında yer alır. Bildirilir ki, bu üç Balkan ölkəsində insanların hamısı məişət tullantıları ilə mübarizədə ciddi çətinliklə üzləşirlər.
Hesabatda qeyd edilir ki, məişət tullantılarının pis idarə olunması ətraf mühitə problemlər və insan sağlamlığı üçün risklər yaradır. Tullantıların ayrılmasında ən yüksək nəticə olan on ölkə Avropa və ya Şərqi Asiyadadır. Ev təsərrüfatlarının tullantılarını ən az ayırdığı ölkələrdən yeddisi Afrikadadır, digər üçü isə Monteneqro, Kosovo və Albaniyadır.