Another advertisement
Hollandiyanın müdafiə naziri Ruben Brekelmans Ukraynanın F-16 döyüş təyyarələrinin ilk partiyasını aldığını təsdiqləyib.
“İlk dəfə rəsmi olaraq elan edə bilərəm ki, ilk Hollandiya F-16-ları Ukraynaya gətirilib”- bu barədə o, sosial platforma X-də yazıb.
Onun sözlərinə görə, döyüş təyyarələrinin təhvil verilməsi zəruri addım idi.
“Buna təcili ehtiyac var. Xarkovda mən Rusiyanın aviazərbələrinin vurduğu ziyanı gördüm və tez-tez hava hücumu siqnallarının səsini eşitdim”, – deyə Ruben Brekelmans bildirib.
Onun sözlərinə görə, qalan 24 F-16 yaxın aylarda Ukraynaya gələcək.
Məlumat üçün bildirək ki, Ruben Brekelmans ötən gün gözlənilmədən Ukraynaya səfər edib, Kiyev və Xarkovda olub.