Bu insanlara alça yemək olmaz

65

Çiyələk və cəfəridə limondan on dəfə çox C vitamini var, – endokrinoloq Nino Lomtadze deyir.

Onun sözlərinə görə, alça yemək hər kəsə məsləhət görülmür.

“Alçanın tərkibində çoxlu miqdarda C vitamini, B qrupu vitaminləri, həmçinin üzvi turşular var. Bu üzvi turşular orqanizmimizə qidaları emal etməyə kömək edir. Lakin mədə-bağırsaq problemlərindən, mədə xorasından, qastritdən əziyyət çəkən insanlara alça tövsiyə edilmir, ona ehtiyatlı yanaşmalıdırlar, çünki mədənin turşuluğunu artırır.

Meyvələr axşam yeməyindən 1-2 saat sonra yeyilməlidir. Onlar axşam yeməyi ilə birlikdə yeyilməməlidir. Tərəvəz, əksinə, arıqlamağa kömək edəcək”, – Nino Lomtadze deyir.

Kateqoriya: Cəmiyyət, Sağlamlıq
Sonrakı yazı
13 iyun tarixinə olan valyuta məzənnəsi bəllidir
Öncəki yazı
Sinoptiklərdən əhaliyə xəbərdarlıq