Another advertisement
2024-cü ilin birinci rübündə Avropa İttifaqı (Aİ) ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, ən çox deportasiya Almaniyadan (611 nəfər), sonra Fransa (165 nəfər) və İsveçrədən (34 nəfər) olub.
Qeyd edək ki, 2023-cü ildə Aİ ölkələri 4 365 gürcünü deportasiya edib. 2017-ci ilin mart ayından isə gürcülər turizm, işgüzar və qonaq səfərləri üçün Şengen ölkələrinə qısamüddətli vizasız (90-180 gün) səfərlər etmək hüququ əldə ediblər.