This is a specific ad

Bu il Aİ ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib

46

Another advertisement

2024-cü ilin birinci rübündə Avropa İttifaqı (Aİ) ölkələri 1196 Gürcüstan vətəndaşını deportasiya edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, ən çox deportasiya Almaniyadan (611 nəfər), sonra Fransa (165 nəfər) və İsveçrədən (34 nəfər) olub.

Qeyd edək ki, 2023-cü ildə Aİ ölkələri 4 365 gürcünü deportasiya edib. 2017-ci ilin mart ayından isə gürcülər turizm, işgüzar və qonaq səfərləri üçün Şengen ölkələrinə qısamüddətli vizasız (90-180 gün) səfərlər etmək hüququ əldə ediblər.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Baş nazir: Avroparlamentarilərin tələb və şantaj cəhdlərinin Gürcüstan üçün dəyəri yoxdur
Öncəki yazı
Poniçalada xin xadiminə hücum edən şəxs saxlanılıb