Bu il 10 müəllim 10 min larilik mükafat alacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin hazırladığı “Gürcüstanın ümumtəhsil haqqında qanununa dəyişiklik edilməsi haqqında” layihədə qeyd edilib.
Məlumat üçün bildirək ki, hökumət müəllimin milli mükafatla təltif edilməsi prosedurunu hazırlayıb.
“Gürcüstanın Təhsil və Elm Nazirliyinin təqdimatı ilə müəllim eyni vaxtda pul mükafatı və eyni zamanda döş nişanı olan milli müəllim mükafatını alacaq. Təqdim olunan mükafat bir nəfər üçün – 10 min lari məbləğində müəyyən edilir. 2023-cü ilə qədər 10 müəllim milli müəllim mükafatını alacaq.
Orta müddətli büdcə təxminən 3 milyon 600 min laridir. 2023-cü il üçün büdcə 600 min lari müəyyən edilib ki, bura 10 müəllimin milli mükafatları, döş nişanlarının hazırlanması xərcləri və Milli Müəllimlər Gününə həsr olunmuş tədbirlərin keçirilməsi xərcləri daxildir.
2024-cü ildən 2026-cı ilədək “Milli Müəllimlər Günü” proqramının illik büdcəsi 1 milyon lari məbləğində müəyyən ediləcək ki, bu da müəllimlər üçün milli mükafat, döş nişanlarının hazırlanması xərcləri və müəllimlər günü ilə əlaqədar tədbirlərin keçirilməsi xərclərini əhatə edəcək”, – deyə “Milli Müəllimlər Günü”, – qanunlayihəsində bildirilib.
Qeyd edək ki, Gürcüstan hökumətinin qərarına əsasən, oktyabrın 27-si Milli Müəllimlər Günü kimi qeyd olunacaq.