This is a specific ad

Bu il ənənəvi ,,Tbilisoba” festivalında bizi nə gözləyir?

65

Another advertisement

Tbilisi meriyası oktyabrın 5-6-da paytaxtda ənənəvi ,, Tbilisoba” festivalının həyata keçirilməsi üçün  satınalma agentliyinə artıq müraciət edib.

QafqazTürk Media xəbər verir ki, bu il tədbirlərin həyata keçirilməsi üçün ayrılan məbləğ 3,5 milyon larini təşkil edəcək.

Ötən il isə 3,1 milyon lari ayrılıb. Tədbirlər 2 gün ərzində Orbeliani Meydanı və onun ətrafında, həmçinin Riki Parkında keçiriləcək. Tədbir üçün mədəni, idman, uşaq və müxtəlif  aktivliklər planlaşdırılır. Bu da bütün yaşlar üçün nəzərdə tutulacaq.

Sənədə əsasən, müxtəlif həcmli instalyasiyalar, tematik dekorasiyalar, fotozona, dekorativ stend və piştaxtalar, uşaq sərgi pavilyonları, mədəniyyət, idman və istirahət məkanları, müxtəlif bəzək əşyaları, rekvizitlər, uşaq məkanı üçün mebel yerləşdiriləcək. Müxtəlif janrlarda konsertlər, elektron canlı şoular, teatrlaşdırılmış tamaşalar və həyətlərdə söhbətlər baş tutacaq.

Bu ənənəvi tədbirlərlə yanaşı, bu il aşağıdakı tədbirlər keçiriləcək: “Şirniyyat Festivalı”, Tbilisi Təamlarının Dadına Bax”, “Tbilisi Rəngarəngliyi ” və “Tbilisi Bazarı”.

Məlum olduğu kimi, Tbilisi meriyası “Tbilisioba” nın qeyd olunmasını demək olar ki, hər il sadələşdirilmiş alışla həyata keçirir. Əsası 1979-cu ildə qoyulmuş olan paytaxtın payız bayramını qeyd etmək üçün bu il ötən illə müqayisədə 400 min lari, 2022-ci ildən isə 500 min lari çox vəsait xərclənəcək.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Ötən ay 33 xarici vətəndaş ölkədən çıxarılıb
Öncəki yazı
Bu ölkə Rusiya vətəndaşlarına daşınmaz əmlak almağı qadağan etməyi planlaşdırır