This is a specific ad

“Bu halda Ermənistana qarşı iddia qaldırıla bilər”

80

Another advertisement

Ermənistanın növbəti dəfə Azərbaycan ərazilərə yaxın bölgədə iri metallurgiya zavodu inşa etmək planı var. Beynəlxalq hüquqa görə, hər bir ölkə öz ərazisində təsərrüfat fəaliyyəti ilə məşğul ola bilər. Lakin həmin fəaliyyət digər ölkənin ərazisinə təsir edirsə, bu fəaliyyət mütləq razılaşma yolu ilə aparılmalıdır.

QafqazTürk xəbər verir ki, bunu AZƏRTAC-a ekologiya və təbii sərvərlər nazirinin müşaviri Rasim Səttarzadə Ermənistanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə – Arazdəyəndə ABŞ sərmayəsi ilə iri metallurgiya zavodu inşa etmək niyyətinə münasibət bildirərək deyib.

R.Səttarzadə qeyd edib ki, Finlandiyanın Espo şəhərində imzalanmış “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”nın şərtlərinə görə, konvensiya tərəfi öz ölkə ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri ola bilərsə, bu fəaliyyət həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalıdır, ətraf mühitə təsirinin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir. Hazırlanan qiymətləndirmə sənədinə yalnız Ermənistan deyil, eyni zamanda, Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlılarla da ictimai dinləmələr keçirilməlidir.

Nazir müşaviri bütün bunların beynəlxalq hüququn norması olduğunu deyib: “Ermənistanın beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət etməməsi ilk deyil. Bir müddət bundan öncə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni atom reaktoru qurmaq planı var idi. Məsələ ilə bağlı Azərbaycan Espo Konvensiyasının İcraiyyə Komitəsi qarşısında Ermənistana qarşı iddia irəli sürmüşdü. Və həmin komitə tərəfindən Ermənistanda yeni nüvə reaktorunun inşası planları ilə əlaqədar Ətraf mühitə təsirin qiymətləndirilməsi prosesində Azərbaycanın iştirakının təmin edilməməsi səbəbindən Ermənistanın Espo Konversiyasının müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmışdı.

Hazırkı vəziyyətdə çoxtərəfli ekoloji saziş olan Espo Konvensiyası çərçivəsinə bizim hüquqlarımız qorunmalı, məsələyə ciddi nəzarət olunmaldır”.

R. Səttarzadə əlavə edib ki, Ermənistanın dağ-mədən sənayesinin Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsirləri var: “Uzun illərdir ki, Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden zavodu və Qafan mis filizsaflaşdırma kombinatının yüksək kimyəvi tərkibli istehsalat suları təmizlənmədən birbaşa Oxçuçaya axıdılır. Bu da böyük ekoloji fəsadlarla nəticələnir. Məsələ ilə bağlı Oxçuçayın hazırkı vəziyyətini nümunə göstərmək olar”.

Kateqoriya: Region
Sonrakı yazı
Konfrans Liqası: Bu gün final oyunu keçiriləcək
Öncəki yazı
Yüz il yaşamaq istəyənlər üçün İbn Sina möcüzəsi – Yayda bunu edin