This is a specific ad

Bu gündən müəllimlərin maaşları ilə bağlı yeni mexanizm qüvvəyə minir

9

Another advertisement

Bu gündən müəllimlərin əmək haqqlarının ödənilməsi ilə bağlı yeni mexanizm tətbiq olunacaq.

Qafqaztürk.com xəbər verir ki, müvafiq qərarı Gürcüstan hökuməti qəbul edib.

Yeni siyasətə əsasən, bütün dövlət məktəblərinin müəllimləri və xüsusi müəllimlərin maaşı orta hesabla 500 lari artacaq.

“Bu gün sistemdə 52 mindən çox müəllim var və onlardan orta hesabla 21 min müəllimin əmək haqqı 500 lari, 8000 müəllimin maaşı-600 lari, 5000 müəllimin maaşı-700 lari, 3000 müəllimin əmək haqqı-800 lari artır. Təxminən, müəllimlərin 25%-nin maaşı 300-dən 400 lariyə qədər artacaq. Qeyd edək ki, heç bir müəllim maaş artımı olmadan qalmayacaq, ən azı 200 larilik artım, hətta kiçik saatlıq dərs yükü olsa belə, tamamilə bütün müəllimlərə şamil olunacaq.

Maaş islahatı ilə paralel olaraq karyera sxeminin inkişafı üzrə də işlərə başlanılır. Bu məqsədlə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyində bütün maraqlı tərəfləri cəlb etməklə xüsusi inklüziv komissiya yaradılır. İşçi qrupu bu ilin sonuna kimi beynəlxalq təcrübə və yerli tədqiqatlar əsasında təkmilləşdirilmiş model hazırlayacaq”, – məlumatda deyilir.

Kateqoriya: Təhsil
Sonrakı yazı
დღეიდან მასწავლებელთა ხელფასების ახალი მექანიზმი ამოქმედდა
Öncəki yazı
Macarıstan Aİ Şurasına sədrlik edəcək