This is a specific ad

Bu gündən etibarən Avropa avtomobillərinin Gürcüstandan Rusiyaya təkrar ixracı qadağan edilir

46

Another advertisement

2023-cü il sentyabrın 26-dan Gürcüstana gətirilən Avropa avtomobillərinin Rusiyaya təkrar ixracı qadağan edilir.

QafqazTürk.com xəbər verir ki, avqustun 1-dən Amerikadan Rusiyaya gətirilən avtomobillərin ixracı qadağan edilib.

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatına görə, Aİ-nin 11-ci sanksiyalar paketi Avropa İttifaqından idxal olunan avtomobillərin Rusiyaya ixracını nəzərdə tutur.

Bununla yanaşı, məhdudiyyətlər “ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalara uyğun olaraq” müəyyən ediləcək və həm Rusiya, həm də Belarusa təsir edəcək.

Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çərçivəsində indiyədək Rusiyaya qiyməti 50 min avrodan yuxarı olan bahalı avtomobillərin ixracına məhdudiyyət qoyulmuşdu, 11-ci sanksiyalar paketi mühərrikinin həcmi 1,9 litrdən çox olan avtomobillərə, həmçinin elektrik və hibrid avtomobillərə şamil edilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Bakıda “Türkiyə və Azərbaycan tarixi” adlı tədbir keçirilib
Öncəki yazı
Qarabağdan Ermənistana gedən ermənilərin sayı