This is a specific ad

Bu gündən bütün ölkə ərazisində qripə qarşı peyvəndlərə başlanılıb

53

Another advertisement

Bu gündən bütün ölkə ərazisində qripə qarşı peyvəndlərə başlanılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, dövlət proqramı çərçivəsində xəstəliyin ağırlaşma riski yüksək olan risk qruplarına qrip virusuna qarşı peyvənd ödənişsiz həyata keçirilir.

“Dövlət immunizasiya proqramı çərçivəsində Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi peyvəndlərdən biri olan və qrip mövsümündə dövriyyəyə buraxılması gözlənilən ştamlara uyğunlaşdırılmış Abbott Biologicals BV şirkətinin 200 min doza dördkomponentli vaksini alıb. Risk qrupu vətəndaşların peyvəndlənməsi immunizasiya xidməti göstərən müəssisələrdə mümkün olacaq.
İmmunlaşdırma xidmətləri göstərən müəssisələrin siyahısı ilə tanış olmaq üçün keçidə baxın”, deyə Səhiyyə Nazirliyinin məlumatında bildirilib.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Gürcüstan millisi Kipr yığmasını məğlub edib
Öncəki yazı
Türkiyə millisi AVRO-2024-ə darmadağınla vəsiqə qazandı – VİDEO