“Gürcüstan vətəndaşlarının və Gürcüstanda yaşayan əcnəbilərin qeydiyyatının, şəxsiyyət (yaşayış yeri) haqqında şəhadətnamənin və Gürcüstan vətəndaşının pasportunun verilməsi qaydası haqqında” Gürcüstan qanununa edilən dəyişikliyə əsasən, 28 İyul 2011 tarixindən əvvəl verilmiş qeyri-elektron (laminatlaşdırılmış) şəxsiyyət vəsiqələri ləğv ediləcək.
QafqazTürk.com xəbər verir ki, bu gündən, 2024-cü il martın 15-dən qeyri-elektron (laminatlaşdırılmış) şəxsiyyət vəsiqələrinin sahibləri üçün şəxsiyyət vəsiqələrinin elektron şəxsiyyət vəsiqələri (şəxsiyyət vəsiqəsi) ilə pulsuz dəyişdirilməsi mümkün olacaq.
28 iyul 2011-ci il tarixinədək verilmiş qeyri-elektron (laminatlaşdırılmış) şəxsiyyət vəsiqəsinin elektron şəxsiyyət vəsiqəsi ilə pulsuz əvəz edilməsi üçün ölkə üzrə Ədliyyə Evlərinə və Səyyar Ədliyyə Evlərinə müraciət etməlisiniz.
Laminatlı şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi prosesi həmişəlik davam edəcək.