Bu gündən bu reqlament qüvvəyə minəcək

0

Bu gündən qida əlavələrinə dair texniki reqlament qüvvəyə minəcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Qida Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, qida əlavələrinin istehsalında istifadəsinə icazə verilən vitamin və mineralların və onların kimyəvi formalarının siyahısı qida əlavələrinə dair texniki reqlamentlə müəyyən edilib.

“Qida əlavələrinə dair texniki reqlament” təsərrüfat subyekti tərəfindən qida əlavələrindəki vitamin və mineralların gündəlik tövsiyə olunan maksimum miqdarını tənzimləyir. Təhlükəsiz istehlakın yuxarı həddi elmi məlumatlar, riskin elmi qiymətləndirilməsi və lazım gəldikdə müxtəlif istehlakçı qruplarının müxtəlif həssaslıq dərəcəsini nəzərə almaqla müəyyən edilir. Əsasnamə məhsulların bazara çıxarılması və etiketlənməsi qaydalarını müəyyən edir”, – deyə məlumatda bilirilib.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
A kateqoriyalı taksilər bu gündən etibarən avtobus zolağında hərəkət edə biləcək
Öncəki yazı
Dünya bazarında neft qiymətləri necə dəyişib?