This is a specific ad

Bu gündən ölkə əhalisinin və kənd təsərrüfatının siyahıya alınması prosesi başlayır

256

Another advertisement

Bu gün- 29 noyabr 2024-cü il tarixindən etibarən,10 ildən bir keçirilən ölkə üzrə əhalinin və kənd təsərrüfatının siyahıya alınması prosesi başlayır.

QafqazTürk Media xəbər verir ki, bu proses 19 dekabr 2024-cü  ilədək davam edəcək.

Bu barədə Milli Statistika Xidməti məlumat yayır.

Məlumat üçün bildirək ki, əhalinin siyahıya alınmasındakı əsas məqsəd sayı və kənd təsərrüfatı barədə məlumatlanmaqdır.

Ailənin hər bir üzvü ayrı-ayrılıqda bu prosesdən keçməlidir.

Qeyd edək ki, sorğuda iştirak etmək məcburidir.

Milli Statistika Xidmətinin işçiləri artıq işə başlayıblar və insanların evinə gedərək onlar haqqında anketi doldururlar.

 

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
“Gürcü Arzusu”: “Aİ səfiri dezinformasiya yayır”
Öncəki yazı
Kobaxidzenin dünənki açıqlamasına Gürcüstan XİN münasibət bildirdi