Xidmət Agentliyi 19 sentyabr 1949-cu il tarixli Cenevrə Konvensiyasında nəzərdə tutulmuş beynəlxalq sürücülük vəsiqəsinin verilməsinə başlayıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin xidmət orqanından verilən məlumata görə, beynəlxalq sürücülük vəsiqəsi milli sürücülük vəsiqəsi əsasında bir il müddətinə verilir.
“Sənəd Gürcüstandan kənarda Cenevrə Konvensiyasına üzv olan ölkələrdə etibarlıdır.
Cenevrə Konvensiyasına üzv ölkələrin siyahısına linkdən baxa bilərsiniz: https://shorturl.at/oDUTR
Xidmət agentliyi həmçinin 8 noyabr 1968-ci il tarixli “Yol hərəkəti haqqında” Vyana Konvensiyasında nəzərdə tutulmuş 3 il müddətinə etibarlı olan beynəlxalq sürücülük vəsiqəsi verir.
Sənəd Gürcüstandan kənarda Vyana Konvensiyasına üzv olan dövlətlərdə etibarlıdır.
Vyana Konvensiyasına üzv ölkələrin siyahısına linkdən baxın: https://shorturl.at/meBqd
Beynəlxalq sürücülük vəsiqəsi almaq üçün maraqlı şəxs xidmət agentliyinə təqdim etməlidir:
Şəxsiyyəti vəsiqəsi;
Milli sürücülük vəsiqəsi”, – məlumatda deyilir.