This is a specific ad

Bu gündən Tbilisidə pik saatlarda nəqliyyatın hərəkətinə məhdudiyyət distribyutorlara da şamil ediləcək

143

Another advertisement

Bu gündən Tbilisi sərhədləri daxilində saat 08:00-dan 11:00-dək və 17:00-dan 20:00-a kimi digər irihəcmli nəqliyyat vasitələri ilə yanaşı, paylayıcı avtomobillərə də hərəkət məhdudiyyəti tətbiq olunacaq.

Paytaxtın meri Kaxa Kaladzenin dekabrın 25-də Tbilisi bələdiyyəsinin hökumətinin iclasında qeyd etdiyi kimi, distribyutorlara müəyyən müddət verilib və yanvarın 1-dən məhdudiyyət sözügedən kateqoriyadan olan avtomobillərə şamil olunacaq.

Onun sözlərinə görə, sözügedən reqlament N2 və N3 kateqoriyalı avtonəqliyyat vasitələri ilə paylanmaya məhdudiyyəti nəzərdə tutur və M2 kateqoriyalı avtomobillərə şamil edilmir.

“Bir daha vurğulayırıq ki, məhdudiyyət yalnız paytaxtda nəqliyyat axınının daha çox olduğu saat 08:00-dan 11:00-dək və 17:00-dan 20:00-dək tətbiq edilir və günün qalan vaxtlarında heç bir məhdudiyyət tətbiq olunmur və heç bir yeni məhdudiyyətin tətbiqi planlaşdırılmır”, – deyə Tbilisi meri bildirib.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Narın əvəzolunmaz faydaları ilə tanış olun
Öncəki yazı
Ukrayna Rusiya qazının Avropaya tranzitini dayandırıb