Another advertisement
Bu gün- 29 noyabr 2024-cü il tarixindən etibarən,10 ildən bir keçirilən ölkə üzrə əhalinin və kənd təsərrüfatının siyahıya alınması prosesi başlayır.
QafqazTürk Media xəbər verir ki, bu proses 19 dekabr 2024-cü ilədək davam edəcək.
Bu barədə Milli Statistika Xidməti məlumat yayır.
Məlumat üçün bildirək ki, əhalinin siyahıya alınmasındakı əsas məqsəd sayı və kənd təsərrüfatı barədə məlumatlanmaqdır.
Ailənin hər bir üzvü ayrı-ayrılıqda bu prosesdən keçməlidir.
Qeyd edək ki, sorğuda iştirak etmək məcburidir.
Milli Statistika Xidmətinin işçiləri artıq işə başlayıblar və insanların evinə gedərək onlar haqqında anketi doldururlar.