Bu gün gürcü xalqının böyük oğlu ,yazıçı Nodar Dumbadzenin anadan olduğu gündür.
Nodar Dumbadze 1928-ci il 14 iyulda Tbilisi şəhərində anadan olub.
O, ilk şeir və hekayələrini 1950-ci ildə Tbilisi Dövlət Universitetində oxuduğu illərdə yazmış,
1956 və 1957-ci illərdə üç yumoristik hekayələr kitabı nəşr edilmişdir. Müxtəlif qəzetlərdə redaktor və kino ssenaristi kimi fəaliyyət göstərib.
O, müharibə zamanı böyük müqavimət göstərən gürcü kəndindən bəhs edən “Mən, nənəm, İliko və İlarion” avtobioqrafik romanı ilə geniş tanınıb. Romanın mərkəzində gənc bir yetim, onun nənəsi və yetimin əmanət olunduğu iki itidilli, çox ağıllı və səxavətli qonşular dayanır.
Növbəti “Günəşi görürəm” romanını müharibə illərində cəbhədə doğmalarını itirmək qorxusu ilə yaşayan kəndlilərdən yazmışdır.
20-ci əsr gürcü ədəbiyyatının qürur günəşi kimi tanınan Nodar Dumbadzenin “Günəşli gecə” romanında nəcib yumor, nikbin kədər, saf humanizm və vətənpərvərlik hissi duyulur.
Nodar Dumbadze 1984-cü ildə Tbilisi şəhərində vəfat edib.
Nodar Dumbadze əvvəlcə Tbilisidə tikintisi ideasının özünə məxsus olduğu Mziuri parkında dəfn edilmiş, 2009-cu il 14 sentyabr tarixində isə məzarı Mtacmindada yerləşən Yazıçılar və İctimai Xadimlər Panteonuna köçürülmüşdür.