Another advertisement
Dekabrın 15-də Rusiyanın paytaxtı Moskvada Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.
QafqazTürk.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə baş tutacaq tədbirdə Azərbaycanla yanaşı İran, Qazaxıstan və Türkmənistan nümayəndələri də iştirak edəcək.
Tərəflər Xəzər əməkdaşlığının inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.