Bu gün və sabah “Tbilisoba” qeyd olunacaq- paytaxtda hansı tədbirlər nəzərdə tutulub?

0

Bu gün və sabah paytaxt “Tbilisoba”nı qeyd edəcək.

QafqazTürk.com xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze hökumət iclasında bildirib.

“Paytaxt sentyabrın 30-da və oktyabrın 1-də Riğe parkında, Abanotubani və Orbeliani meydanında “Tbilisoba”nı qeyd edəcək. Saat 12:00-dan 22:00-dək müxtəlif mədəni-əyləncə tədbirləri keçiriləcək. Sentyabrın 30-da axşam saat 20:00-da Dövlət Mərasimlər Sarayında Tbilisinin fəxri vətəndaşlarının mükafatlandırılması mərasimi keçiriləcək, bundan sonra təntənəli konsert başlayacaq. Tədbir canlı yayımlanacaq. Həmçinin, bir neçə gündən sonra sizə ətraflı məlumat verəcəyəm”, – deyə Tbilisi meri qeyd edib.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
გულის გასაძლიერებელი ნაყენი.
Öncəki yazı
ზემო სარალის მეჩეთში შუამავალი მუჰამედის დაბადების დღე აღნიშნეს