This is a specific ad

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

59

Another advertisement

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu bayram dünyanın əksər ölkələrində olduğu kimi, Gürcüstanda da qeyd edilir.

QafqazTürk.com xəbər verir ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında, iyunun 1-ni Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib. Bütün demokratik dövlətlərdə olduğu kimi, Gürcüstanda  da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Bundan sonra iyunun biri Uşaqların Beynəlxalq Müdafiəsi Günü olaraq düşüb tarixə. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.

“Gürcüstanda uşaqlara dövlət qayğısının gücləndirilməsi yüksələn xətt üzrə gedir və əminik ki, bu qayğı daha da artacaqdır! GAK olaraq, biz də uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirmək əzmindəyik!” – Gürcüstan Azərbaycanlıları Konqresi

Biz, “Qafqaz Türk Media” və Gürcüstan Azərbaycanlıları Konqresi qrupu olaraq sevincimiz, xoşbəxtliyimiz və gələcəyimiz olan uşaqları ürəkdən təbrik edirik!

     

Kateqoriya: Maraqlı
Sonrakı yazı
İranda prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçənlərin sayı AÇIQLANDI
Öncəki yazı
“Vahid Milli Hərəkat” Partiyasının ofisinə hücum edilib