Bu gün böyük ədibimiz Abdulla Şaiqin doğum günüdür

83

Bu gün böyük ədib, pedaqoq, uşaq ədəbiyyatımızın görkəmli simalarından biri Abdulla Şaiqin (1881-1959) anadan olduğu gündür. Abdulla Şaiq Mustafa oğlu Talıbzadə 1881-ci il fevralın 24-də Tiflisdə ruhani ailəsində dünyaya göz açmışdır.

O, 1906-cı ildən başlayaraq silsilə şeirləri, dünya ədəbiyyatından tərcümələri ilə milli uşaq ədəbiyyatının əsasını qoymuşdur. Abdulla Şaiqin uşaqlar üçün yazdığı “Xoruz”, “Bənövşə”, “Keçi”, “Quzu”, “Qızıl gül”, “Qərənfil” və digər şeirləri, “Tülkü həccə gedir”, “Tıq-tıq xanım” kimi pyesləri uşaqlar tərəfindən indi də maraqla qarşılanır.

Abdulla Şaiq maarif və məktəb işləri ilə məşğul olmuş, qadınlar üçün jurnal çıxarmaq, uşaqlar üçün bağça açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq yollarını arayıb tapmışdır. Eyni zamanda o, “Əlifba” kitabı hazırlamış, müxtəlif dərsliklər və dərs proqramları hazırlamışdır. “

Qeyd edək ki, Abdulla Şaiq dahi Səməd Vurğunla bacanaq olmuşdur, belə ki, onların həyat yoldaşları bacı idi.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqazTürk Media ailəsi olaraq, dahi şəxsiyyətə Allahdan rəhmət diləyirik!

Kateqoriya: Cəmiyyət, Ədəbiyyat
Sonrakı yazı
Biz münasibətlərin bərpasına başlamaq və hər şeyə yeni səhifədən başlamaq istəyirik – Kaxa Kaladze
Öncəki yazı
Rəcəb Tayyib Ərdoğan – Gələn il müharibənin deyil, sülhün ildönümünü qeyd etmək hamımızın öhdəliyidir