This is a specific ad

Bu gün sazbənd Bafəli Adıgözəlovun 65 illik yubileyi qeyd olundu

277

Another advertisement

Bu gün, sazın-sözün Butası qeyri hökumət təşkilatının və keçmiş deputat Ruslan Hacıyevin təşkilatçılığı ilə ozan sənətinin ustad aşığı, sazbənd Bafəli Adıgözəlovun 65 illik yubileyi qeyd olundu.

Tədbirə qatılan Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, keçmiş millət vəkili Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri və digər qonaqlar milli mədəniyyətimizin qorunub saxlanılmasından, xüsusən də gənclər arasında inkişaf etdirilməsindən, yaşadılmasından, bu istiqamətlə müvafiq addımların atılmasının vacibliyindən, sazbənd Bafəli Adıgözəlovun bu sahədə olan əvəzsiz rolundan və əməyindən danışdılar.

Tədbir çərçivəsində yubilyar Səfirlik tərəfindən Təşəkkürnamə, Gürcüstan Azərbaycanlıları Konqresi tərəfindən Fəxri Fərmanla təltif olundu,həmçinin tədbirdə iştirak edən qonaqların hədiyyələri təqdim edildi.

QafqazTürk Mediaya müsahibə verən yubilyar Bafəli Adıgözəlov öz təəssüratlarını bizimlə bölüşərək göstərilən diqqət və qayğıya görə təşəkkür etdi.

“Mən bu günə görə tədbirin təşkilatçıları saz-söz sənətinin kraliçası, öz şeirləri ilə bütün qəlbləri fəth edən, baş tacımız Səadət Butaya və keçmiş millət vəkilimiz, xalqımızın hər zaman rəğbətini və hörmətini qazanmış,milli mədəniyyətimizin yaşadılmasında rolu olan Ruslan Hacıyevə dərin minnətdarlığımı bildirirəm. Bu gün çox sevincliyəm. Mənim yubileyimə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, yerli hökumət nümayəndələri, ictimai və siyasi xadimlər ,ziyalılar ,media nümayəndələri qatılıblar,mən onların hər birinə təşəkkür edirəm.Bu yubiley mənim həyatımda unudulmaz bir gün kimi qalacaq”.

Tədbirə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Marneuli bələdiyyəsinin meri Kenan Ömərov, Parlamentin sabiq deputatları Ruslan Hacıyev və Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, ziyalılar, media nûmayəndələri və digər dəvət olunmuş qonaqlar qatılmışdılar.

Qeyd edək ki, aşıq, sazbənd Bafəli Adıgözəlov 1959- cu ildə Bolnisi bələdiyyəsinin Dəllər kendində anadan olmuşdur. O, atası aşıq Əlinin sənətinin davam etdirir. 1990- cı ildən bu günədək isə sazbəndlə məşğuldur.

Sonrakı yazı
Rusiya Abxaziyadan naringi idxalını qadağan edib
Öncəki yazı
Nika Qvaramiyaya 12 günlük inzibati həbs cəzası verilib