This is a specific ad

Bu gün “QafqazTürk” medianın, təşəbbüs qrupları “Yaşıl Düşüncənin” və “Qullar Gənclər Birliyinin” təşkilatçılığı ilə ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirildi – FOTO

59

Another advertisement

Bu gün “QafqazTürk” medianın, təşəbbüs qrupları “Yaşıl Düşüncənin”və “Qullar Gənclər Birliyinin” təşkilatçılığı ilə 5 iyun Ümümdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar Marneuli şəhərində “Azərbaycan evində” ictimai tədbir keçirildi.

Tədbirin keçirilməsinin əsas məqsədi 5 iyun Ümümdünya Ətraf Mühitin Mühafizəsi Gününü qeyd etmək, bu gün ilə əlaqədar “Planetimizi sağaldaq!” mövzusunda elan edilmiş rəsm müsabiqəsinin qalibləri və iştirakçılarını sertifikatlar və hədiyyələrlə təltif etmək, həmçinin ətrafımızda mövcud olan ekoloji problemlərin yaratdığı təhlükələr və onların həll yolunda tədbir iştirakçılarını məlumatlandırmaq idi.

Tədbirdə “QafqazTürk” medianın təsisçisi Hüseyn Yusubov, təşəbbüs qrupu” Yaşıl Düşüncənin” həmtəsisçisi və “QafqazTürk” medianın jurnalisti Gülgün Məmmədxanova, “QafqazTürkün” jurnalistləri və əməkdaşları Səma Mamedova, Niyazı Yusubov, Aydə Əsgərova, Hacı Xəlilov, Kübra Qaracayeva, Zabit Mahmudov, Mahir Sadiqov, Gündüz Qurbanov, Qullar ictimai məktəbinin direktoru Hümbət Hümbətov, təşəbbüs qrupu “Qullar Gənclər Birliyini ” təsisçisi Bayram Mamedov, təşəbbüs qrupu” Yaşıl Düşüncənin” üzvləri Səlahəddin Piriyev, Kamil Mustafayev, Qəndab Nasibova, Salatın Nasibova, Xəyyam Qarayev və Zeynəb Həsənova, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin ingilis dili müəllimi Məhəmməd Aslanov, Qullar və Candar ictimai məktəblərinin şagirdləri və müəllimləri, gənclər və ziyalılar iştirak etdilər.

Ətraf mühitin mühafizəsi və doğma təbiətimizin qorunması mövzsunda keçirilən tədbiri giriş sözü ilə təşəbbüs qrupu” Yaşıl Düşüncənin” həmtəsisçisi və “QafqazTürk” medianın jurnalisti Gülgün Məmmədxanova açdı və tədbir iştirakçılarını, müəllimləri və ziyalıları, xüsusilə rəsm müsabiqəsində iştrak edən balaca dostlarımızı salamladı. Gülgün Məmmədxanova çıxışı zamanı Marneuli bələdiyyəsində mövcud olan ekoloji problemlər və onların həll yolları haqqında tədbir iştirakçilarına məlumat verdi. Növbəti çıxışı “QafqazTürk” medianın təsisçisi və “Gürcüstan Azərbaycanlıları Konqresinin” sədri Hüseyn Yusubov etdi. Hüseyn Yusubov çıxışında insanların təbiətə vurduğu ziyanı, yaşadığımız planetin, torpaqların, dənizlərin, okeanların zibillərlə çirklənməsi və buna görə canlılarının məhv olması, ətraf mühit mühafizəsinin zəruriliyi və ana təbiətimizin qorunmasında hər bir insan önəmli rolu haqqında danışdı. Hüseyn Yusubov həmçinin rəsm müsabiqəsində iştirak edən balaca dostlarımıza gələcək təhsil həyatlarında bol uğurlar arzuladı və onlara təbiətin qayğısına qaldığı üçün öz təşəkkürünü bildirdi. Qullar ictimai məktəbinin direktoru Hümbət Hüseynov da öz çıxışında ətraf mühitin mühafizəsi mövzsunda bu cür tədbirlərin keçrilməsinin önəmliliyini vurğuladı və tədbir təşkilatçılarına öz dərin təşəkkürünü bildirdi.

Tədbirin sonunda 5 iyun Ümümdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə əlaqədar “Planetimizi sağaldaq!” mövzusunda elan edilmiş rəsm müsabiqəsinin qalibləri və iştirakçıları sertifikatlar və hədiyyələrlə təltif olundular. Rəsm müsabiqəsini qaliblərini sizə təqdim edirik:

  • Adil Məmmədov 1-ci yer Qullar məktəbi
  • Nəzrin Veyisova 2-ci yer Qullar məktəbi
  • Ahu Qorodalova 3-cü yer Ağaməmmədli məktəbi

Rəsm iştiakçıları sertifikatla təltif olunandan sonra çəkilən rəsmlərin sərgisi oldu və tədbir iştirakçıları”Planetimizi sağaldaq!” mövzusunda çəkilən rəsmləri yüksək qiymətləndirdilər.

Tədbiri Qullar ictimai məktəbinin kimya-biologiya müəllimi Yeganə Mustafayeva yekunlaşdırdı. O iştirakçılara ətraf mühitin qorunması, 5 iyun Ümümdünya Ətraf Mühitin Mühafizəsi Gününün tarixi və önəmliliyi, ana təbiətimizin qorunmasında insanların üzərinə düşən böyük məhsulliyyətdən danışdı.

Biz də “QafqazTürk” ailəsi olaraq, hər birinizi ətraf mühitin mühafizəsinə və doğma yurdumuz Borçalının ana təbiətinin qorunmasına çağırırıq!

Sonrakı yazı
Putin ‘KQB’də həqiqətən super agent olub, ya bunlar uydurmadır? – Almaniya mediası araşdırdı
Öncəki yazı
“Ranina” müsabiqəsində növbəti dəfə azərbaycan milli mahnısı səsləndirildi