This is a specific ad

Bu gün Pravoslav Kilsəsi Müqəddəs Giorgoba Gününü qeyd edir

26

Another advertisement

23 noyabr tarixində Pravoslav Kilsəsi Müqəddəs Giorgoba Gününü qeyd edir.

Müqəddəs Giorgi gürcü xalqının qoruyucusu sayılır və Gürcüstanda xüsusilə sevilir.

Qafqaztürk xəbər verir ki, bu gün ölkədə bütün fəaliyyətdə olan kilsə-məbədlərdə bayram ibadət dua mərasimləri keçirilir.

Kilsə rəvayətlərinə əsasən, Müqəddəs Giorgi üçüncü əsrin ikinci yarısında Kapadokyada, zəngin xristian ailəsində anadan olmuşdur. Az sonralar, Roma imperatoru, Diokliatenin hökmdarlığı dövründə sərkərdə olmuşdur. Xristianlığın təqibi başladıqdan sonra, Müqəddəs Giorgi imperatora qarşı çıxıb. Bundan sonra, büdpərəst Roma imperatoru ondan xristinalıqdan imtina etməsini tələb edib. İşgəncələrdən sonra müqəddəs Giorginin 303-cü ildə isə başını kəsiblər.

Müqəddəs Qiorqi Günü ildə iki dəfə – 6 may və 23 noyabr tarixlərində qeyd olunur. 6 mayda kilsə müqəddəslərin ölüm gününü, 23 noyabrda isə təkərdə işgəncə verilməsi gününü qeyd edir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
2024 წელს შიდა გზები მარნეულის ამ სოფლებში მოეწყობა
Öncəki yazı
თურქეთში გამართულ შეჯიბრში მარნეულელმა სპორტსმენმა პირველი ადგილი დაიკავა