Gürcüstan parlamentində müvəqqəti istintaq komissiyasının işi davam edir. Qiorqi Xoçava hüquqlarının pozulması faktları barədə danışmaq üçün komissiyanın iclasına dəvət olunub.
Hakim partiya iddia edir ki, hüquq pozuntuları faktları Vahid Milli Hərəkatın işidir və sadəcə bir konkret halda baş verməyib. Əksəriyyət üzvləri də istintaq komissiyasının fəaliyyətini yüksək qiymətləndirir və radikal qüvvələrin 2003-12-ci illərdən bu günə kimi əməllərinin öyrənilməsinin vacib olduğunu bildirirlər.