This is a specific ad

“Bu gün müxalifətin kresloları boşdur, demək lazımdır ki, onlar bu gün burada otursaydılar belə, bu kreslolar indiki kimi boş hesab olunardı”-İrakli Kobaxidze

235

Another advertisement

“Bu gün müxalifətin kresloları boşdur, demək lazımdır ki, onlar bu gün burada otursaydılar belə, bu kreslolar indiki kimi boş hesab olunardı”.

QafqazTürk Media xəbər verir ki,  bu barədə nazirliyə namizəd İrakli Kobaxidze parlamentin plenar iclasında bildirib.

Kobaxidze mandatların verilməsinə görə cəmiyyətə təşəkkür edib.

“Ölkəmizi hara qaytarmaq istədiklərini, hakimiyyəti geri qaytarmağa cəhd edən qüvvələrin nəyi təmsil etdiyini bilirsiniz. Hakimiyyətdə olduqları 9 il ərzində onların imzası insanlara işgəncələr, qətllər, sistemli biznes reketliyi, medianın oğurlanması, müharibə, ölkə ərazilərinin itirilməsi və s. qazandırıblar  Bu, həmin şəxslərin törətdiyi cinayətlərin yalnız  bir hissəsidir. Təbii ki, nəzəri cəhətdən onların hakimiyyətə qayıdışı, dediyimiz hər şeyin geri qaytarılması demək idi və cəmiyyət təbii olaraq buna imkan vermədi.

Təəssüf ki, bu adamlara hələ də müxalifət deyirlər. Mən gürcü xalqına bir daha təşəkkür etmək istəyirəm. Məhz gürcü xalqı bizə növbəti 4 il ərzində ölkəmizin sabit və dinc inkişafının qayğısına qalmaq mandatı verib”, – baş nazir bildirib.

Məlumat üçün bildirək ki, parlamentin plenar iclasına etimad elan etməyə gələn baş nazirliyə namizəd İrakli Kobaxidzenin dinləmələri başlayıb.

Kobaxidze “Avropaya ancaq sülh, ləyaqət və rifahla” hökumət proqramını təqdim edəcək.

Sonrakı yazı
İkinci Kosalı kəndində aparlan arxeoloji qazıntılar nəticəsində V-VI əsrlərə aid qalıqlar tapılıb-FOTO
Öncəki yazı
Gürcüstanda işsizlikdən sığorta tətbiq oluna bilər