Bu gün Marneuli, Gürcüstan hökuməti administrasiyasının təşəbbüsü ilə, “Musiqili Gecə”-yə ev sahibliyi edəcək.
Marneuli şəhərində, “Kidevac Daizrdebian” abidəsi yerləşən parkda, sözügedən tədbirə hazırlıq işləri fəal şəkildə aparılır.
“Musiqili Gecə” ilə əlaqədar olaraq, yerli özünüidarəetmənin təşəbbüsü ilə, tədbirdə iştirak etmək istəyən vətəndaşlara munisipal nəqliyyat pulsuz xidmət göstərəcək!
Nəqliyyatın hərəkət cədvəli: • Şulaver, Şaumyan, Qasımlı, Kürtlər, Sadaxlı, Dəmyə Görarxı, Qullar, Qaçağan. Avtobuslar saat 17:00-dan etibarən, qeyd olunan kəndlərin inzibati binaları yerləşən ərazidən Marneuli şəhəri istiqamətində hərəkət edəcəklər.
Proqramın başlaması: saat 19:00 • 19:00-22:00 – Yerli sahibkarların məhsullarının sərgi-satışı; • 19:00-21:00 – Uşaq məkanı: animator, nağıl qəhrəmanları, üzdə rəsm; • 19:00-19:50 – Qida məkanı; • 19:00-20:00 – Zürafə “Joze”-nin uşaq tamaşası; • 20:00-22:00 – “Banderoli” qrupu, Tato Qoderdzişvili, Mariam Mamismedişvili, Rusa Morçiladze