Bu gün – avqustun 28-də ölkəmizin gürcü pravoslav xristianları, dünyanın bir sıra ölkələrinin pravoslav xristianları daxil, Müqəddəs Məryəmin “yuxuya getməsinə” (ölümünə) və onun meraca yüksəlməsinə həsr olunmuş Mariamoba bayramını təntənə ilə qeyd edirlər.
Biz, Qafqaz Türk Media və Gürcüstan Azərbaycanlıları Konqresi ailəsi olaraq, ölkəmizin bütün inanclı xristianlarını bu böyük bayram münasibətilə ürəkdən təbrik edir, onlara sakit və dinc həyat, cansağlığı, bayramı ailələrinin və dostlarının əhatəsində keçirməyi diləyirik!
Xatırladırıq ki, Müqəddəs Məryəm gürcü pravoslav xristianları üçün çox önəmli və müqəddəsdir. Çünki İsa Məsihin Bakirə Anası Gürcüstanın əsas qoruyucusu və şəfaətçisi olaraq qəbul edilib və hörmətlə xatırlanır.
Mariamoba ölkəmizdə ən böyük bayramlardan biridir və bu gün ölkəmizin bütün kilsələrində təntənəli ibadət ayinləri (liturgiya) keçirilir.
Bayramınız mübarək, dostlar!