Another advertisement
24 aprel 2023-cü il tarixində Aİ Xarici Əlaqələr Şurasının (FAC) sessiyası çərçivəsində xarici işlər naziri İlya Darçiaşvili Avropa İttifaqının yüksək səviyyəli nümayəndələri və üzv ölkələrin xarici işlər nazirləri ilə görüşdə iştirak edir.
QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüş çərçivəsində tərəflərin əsas müzakirə mövzusu Avropa İttifaqının genişlənməsi və Gürcüstanın üzvlük perspektivi olacaq. Bundan əlavə, Gürcüstan-Aİ münasibətlərinin prioritet istiqamətləri və əməkdaşlığın dərinləşdirilməsi perspektivləri, Avropa Komissiyasının 12 prioritetinin yerinə yetirilməsi baxımından Gürcüstanın əldə etdiyi tərəqqi müzakirə olunacaq.