This is a specific ad

Bu gün hökumət iclası keçirilib – Nələr müzakirə edildi?

88

Another advertisement

Bu günhökumət administrasiyasında hökumətin iclası keçirilib.

QafqazTürk.com xəbər verir ki, iclasa Baş nazir İrakli Ğaribaşvil irəhbərlik edib.

İclada Nazirlər Kabinetinin üzvləri 9 məsələni müzakirə ediblər .

Müzakirə olunan məsələlər arasında Gürcüstan hökumətinin 22 fevral 2013-cü il tarixli 36 nömrəli qərarına – “Ümumbəşəri səhiyyəyə keçidlə əlaqədar həyata keçiriləcək bəzi tədbirlər haqqında” dəyişiklik də var idi ki, dəyişikliy əsasən xəstənin tibbi xidmətlərə görə əlavə ödəniş payına yuxarı hədd müəyyən ediləcək.

Bu qərar xəstələrin maraqlarını nəzərə alaraq və əhalinin keyfiyyətli tibbi xidmətlərə çıxışını daha da artırmaq məqsədilə qəbul edilir.

Pensiya yaşına çatmış şəxslər üçün əlavə ödənişin payı – 10%, lakin 500 laridən çox olmamaqla;
0-5 yaş uşaqlar, əlil uşaqlar, ağır əlillər və tələbələr üçün – 20%, – 1000 laridən çox olmayaraq;
Həmçinin əsas paketin istifadəçiləri üçün – 30%, – 1500 laridən çox olmayaraq müəyyən edilib.

Bugünkü iclasda ölkədə qeyri-infeksion xəstəliklər istiqamətində beynəlxalq səviyyədə tanınmış prinsiplərə əsaslanan baxışı əks etdirən qeyri-infeksion xəstəliklərin qarşısının alınması və onlara nəzarət üzrə Milli Strategiyanın 2023-2025-ci illər üçün fəaliyyət planı da təsdiq edilib.

Bundan əlavə, bu gün Gürcüstanın “ Nəqliyyat sektorunun idarə edilməsi və tənzimlənməsi haqqında ” qanununa da dəyişiklik müzakirə edilib. O cümlədən, qanunlayihəsinin məqsədi daxili su nəqliyyatı sahəsinin tənzimlənməsi üçün qanunvericilik bazasının yaradılmasından ibarətdir ki , bu da daxili su nəqliyyatının ölkənin vahid nəqliyyat sisteminə daxil edilməsini nəzərdə tutur.

Dəyişikliklərə əsasən 2025-ci il yanvarın 1-dək Gürcüstanın daxili su nəqliyyatında təhlükəsizlik qaydaları , o cümlədən Gürcüstanın çaylarında, göllərində və su anbarlarında üzən nəqliyyat vasitələrinin texniki nəzarəti, qeydiyyatı, texniki baxışı və istismarı qaydaları hazırlanıb təsdiq ediləcək.

Hökumətin bugünkü iclasında mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə 2021-2024- cü illər üçün Milli Strategiyanın 2023-2024-cü illər üçün fəaliyyət planı da müzakirə edilib.

Sözügedən plan çərçivəsində həyata keçiriləcək tədbirlər mütəşəkkil cinayətkarlığa, “oğru dünyası”na və narkotik cinayətlərinə qarşı mübarizənin sistemli şəkildə gücləndirilməsi, o cümlədən kibercinayətlərin qarşısının alınması və istintaqının səmərəliliyinin artırılması üçün ilkin şərtdir . Avropa Komissiyasının 12 bəndlik tövsiyəsini yerinə yetirmək üçün plana Gürcüstan parlamentində yaradılmış işçi qrupunun hazırladığı təkliflər daxil edilib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Rəcəb Tayyib Ərdoğan: “Dayanmayacağıq!”
Öncəki yazı
Ukrayna Baş Qərargahı: Müharibə başlayandan bəri Rusiya Ukraynada 178 820 əsgər itirib