This is a specific ad

Bu gün Gürcüstanda “Svetiçxovloba” bayramı qeyd edilir

54

Another advertisement

Bu gün, 14 oktyabr Gürcüstanın xristian əhalisi “Svetiçxovloba” bayramını qeyd edir.

QafqazTürk.com xəbər verir ki,bununla əlaqədər Mçxeta şəhəri yaxınlığındakı Svetiçxoveli kilsəsində bayram tədbirləri keçirilib.

Rəvayətə əsasən, 4-cü əsrdə Kartli çarı Mirian və ölkədə xristianlığı yayan, Gürcüstanın xristian əhalisi tərəfindən müqəddəs adlandırılan Nino müasir Svetiçxoveli ərazisində kilsə tikməyə qərar verir. Kilsənin tikintisi üçün sərv ağacından düzəldilmiş dirəklərdən biri inşaat işçilərinə tabe olmur və havaya qalxaraq heyrətamiz şəkildə dayanır. Bundan sonra Ninonun və Mçxetalıların ibadəti ilə situn yerə enir.

Kateqoriya: Din
Sonrakı yazı
HƏMAS-ın hücumları nəticəsində İsraildə ölənlərin sayı açıqlanıb
Öncəki yazı
Marneuli, “Ssenarini dəyiş – rolunu həyata keçir” adlı informasiya kampaniyasına qoşulub