Bu gün, 3 noyabr tarixində Gürcüstanın bəzi rayonlarında qısamüddətli yağış yağacağı, bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.
Noyabrın 3-də Paytaxt Tbilisidə hava temperaturu gün ərzində +22+24 dərəcə isti təşkil edəcək.
Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): Temperatur 21+23 dərəcə isti təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında (Kutaisi, Zestafoni, Zuqdidi, Martvili, Ozurqeti): noyabrın 3-də isə bir qədər yağış yağacağı gözlənilir. Noyabrın 1-2-də havanın temperaturu 26+28 , noyabrın 3-də gündüz 21+23 dərəcə isti təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo): noyabrın 3-də az miqdarda yağış yağacağı gözlənilir. Temperatur 19+21 dərəcə isti təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): noyabrın 3-də isə yağış yağacağı gözlənilir. Hava temperaturu gündüz 14+16 dərəcə isti təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): noyabrın 3-də günün sonunda bir qədər yağış yağacağı, hava temperaturunun gün ərzində +22+24 dərəcə isti olacağı gözlənilir.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro) noyabrın 3-də günün sonunda bir qədər yağış yağacaq, hava temperaturu gün ərzində +22+24 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): noyabrın 3-də günün sonunda bir qədər yağış yağacağı ehtimalı var. Hava temperaturunun gün ərzində +17+19 dərəcə isti olacağı gözlənilir.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): noyabrın 3-də bir qədər yağış yağacağı gözlənilir, gündüz havanın temperaturu Qudauri və Omaloda 9+11 dərəcə , Tsalka, Bakuriani və Axalkalakidə isə 14+16 dərəcə isti təşkil edəcək.