This is a specific ad

Bu gün görkəmli gürcü şairi Qalaktion Tabidzenin doğum günüdür

78

Another advertisement

Bu gün görkəmili gürcü şairi və ədəbiyyat xadimi Qalaktion Tabidzenin (1891 – 1959) doğum günüdür. O, İmereti bölgəsində (Vani rayonu, Çkvişi kəndi) anadan olmuşdur. 1919-cu ildə yazdığı “Bədii çiçəklər” (gürc. “არტისტული ყვავილები”) adlı poeziya toplusu onu uzun illər gürcü şeirinin lideri etmişdi. Tənhalığı seçdiyi üçün əmisi oğlu, Repressiya qurbanı, şair Tisian Tabidze ona “Yalnızlık Təriqəti Cəngavəri” ləqəbini vermişdi.

Tabidzenin yazdığı minlərlə şeir, onu müasir Gürcü ədəbiyyatı üzərində böyük təsir yaradan, Gürcüstanın başda gələn şairlərindən biri etmişdir.

Tbilisi Ədəbiyyat Muzeyində 100 min sənəddən ibarət arxivi hələ tam araşdırılmayıb. Şeirləri rus, fransız, ingilis, alman, Azərbaycan və Türkiyə türkçələrnə tərcümə olunmuşdur. Şairlərimizdən İmir Məmmədlinin, Allahverdi Təhləlinin və Həmzəli İlyaslının tərcümələri mütəxəssislərin diqqətini daha çox cəlb etməkdədir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Temperatur -5 dərəcəyə enəcək, qar yağacaq- Xəbərdarlıq
Öncəki yazı
დღეს გალაკტიონ ტაბიძის დაბადების დღეა