Bu gün Finlandiya NATO üzvü olan 31-ci ölkə olacaq.
QafqazTürk xəbər verir ki, prosedurlara əsasən Finlandiyanın Xarici İşlər naziri rəsmi sənədi Brüsseldə ABŞ Dövlət Katibi Entoni Blinkenə təhvil verəcək və beləliklə NATO-nun mənzil-qərargahında Fransa və Estoniya bayraqları arasında Finlandiya bayrağı da dalğalanacaq.
Finlandiya Rusiya-Ukrayna müharibəsi başlayandan sonra NATO-ya inteqrasiya etmək qərarına gəldi. Alyansa qoşulmaq ölkə üçün neytrallığın sonu demək idi.
Uzun müddətdir ki, Türkiyə Finlandiyanın NATO-ya daxil olmasının əleyhinə idi.Lakin buna baxmayaraq, Ukrayna müharibəsi fonunda Finlandiya tarixdə ən sürətlə Şimali Atlantika Alyansına inteqrasiya etməyi bacardı.
Moskva bu prosesə cavab olaraq ölkənin qərb və şimal-qərb bölgələrində hərbi potensialını gücləndirəcəyini bildirdi.