Bu gün Çempionlar Liqasında 1/8 final başlayır

1

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.

QafqazTürk.com xəbər verir ki, ilk gündə iki oyun keçiriləcək.

Turnirin favoritləri “Mançester Siti” ilə “Real” səfər oyununa çıxacaqlar. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi olan İngiltərə təmsilçisi Danimarkada “Kopenhagen”in qonağı olacaq.

İspaniya nəhəngi “Real” isə Almaniyada yerli “Leypziq”lə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar
13 fevral
00:00. “Kopenhagen” (Danimarka) – “Mançester Siti” (İngiltərə)
Baş hakim: Xose Maria Martines (İspaniya).
Kopenhagen, “Parken” stadionu

00:00. “Leypziq” (Almaniya) – “Real” (İspaniya)
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina).
Leypziq, “RB Arena”

Qeyd edək ki, komandalar arasında cavab görüşləri martın 6-da keçiriləcək.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
აზერბაიჯანის და სომხეთის საზღვარზე სროლას მსხვერპლი მოჰყვა
Öncəki yazı
Ge • Azმარნეულის მუნიციპალიტეტის ადმინისტრაციულ ერთეულებში, 2024 წლის სოფლის მხარდაჭერის პროგრამის ფარგლებში შეხვედრები დაიწყო