Bu gün Çanaqqala Zəfərinin 109-cu ildönümüdür

13

Bu gün qardaş Türkiyə Çanaqqala zəfərinin 109-cu ildönümünü qeyd edir.

Birinci Dünya müharibəsində “Üçlər İttifaqı” tərəfində döyüşə girən Osmanlı imperiyası Çanaqqala cəbhəsində mübarizə aparıb.

Türkiyə tarixinin dönüş nöqtələrindən biri olan Çanaqqala müharibəsi 19 fevral 1915-ci ildə Çanaqqala boğazında (Dardanel) dəniz döyüşü ilə başlayıb. 325 gün davam edən döyüşlər 1916-cı il yanvarın 9-da türk ordusunun qələbəsi ilə başa çatdı.

1915-ci il martın 18-də Çanaqqalada əldə edilən dəniz zəfəri Türkiyənin gələcəyi üçün dönüş nöqtəsi olub və Çanaqqalada qalanan atəş Cümhuriyyətin elan olunmasına gətirib çıxarıb!
Biz,  “Qafqaz Türk Media” olaraq qardaş Türkiyə xalqını təbrik edirik!
Zəfərin mübarək!

8
1
Kateqoriya: Dünya
Sonrakı yazı
საქართველოს პრემიერ-მინისტრისა და ნატოს გენერალური მდივნის ერთობლივი განცხადებები
Öncəki yazı
İrakli Kobaxidze NATO baş katibi Yens Stoltenberq ilə görüşüb