Bu gün Bütün Gürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri Birləşmiş Ərəb Əmirliklərinin Gürcüstandakı səfirliyində Əmirliyin yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Əhməd Əl Nuaym ilə görüşüblər.

1

QafqazTürk xəbər verir ki,tanışlıq xüsusiyyəti daşıyan görüşdə din xadimləri səfirlə Müsəlmanlar İdarəsi və Gürcüstan müsəlmanları haqqında söhbət ediblər. Tərəflər həmçinin dini qurumlar və təhsil müəssisələri ilə əlaqələrin qurulmasına diqqət yetirərək fikir mübadiləsi aparıblar. Səfir də öz növbəsində din rəhbərlərinə ziyarətə görə təşəkkür edib və gələcəkdə əlaqələrin dərinləşməsinə dəstək verməyə hazır olduğunu bildirib. Görüşün sonunda Müsəlmanlar İdarəsinin dini rəhbərləri səmimi qonaqpərvərliyə görə səfirə təşəkkür edib, səfir təyin olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

0
0
Kateqoriya: Din
Sonrakı yazı
Marneuli mərkəzi bazarını və yaşayış evlərini su basıb
Öncəki yazı
Ərdoğan seçki öncəsi verdiyi bütün vəddlərin icra ediləcəyini vurğulayıb