This is a specific ad

Bu gün Bolnisidə Kamran Ramazanlının müəllifi olduğu” Heydər Əliyevin enerji starategiyası və Gürcüstan “ adlı kitabın təqdimatı keçirilib Fotolar:

85

Another advertisement

May ayının ilk günlərindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının yüz illiyi ilə əlaqədar yubiley tədbirləri Gürcüstanın müxtəlif regionlarında qeyd olunmaqdadır.

Bu gün də Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə Bolnisi şəhər muzeyinin salonunda Kamran Ramazanlının müəllifi olduğu “ Heydər Əliyevin enerji starategiyası və Gürcüstan “ adlı kitabının təqdimatı keçirildi.

Təqdimatı Mərkəzin icraçı direktoru və tədbirin təşkilatçısı Rezo Həsənov açaraq, ilk sözü müəllifə verdi. Müəllif Kamran Ramazanlı kitabda ümummilli lider Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif məqamlarına işıq saldığını, xüsusilə hakimiyyəti dövründə müxtəlif böyük enerji layihələrinə imza atdığını, enerji strategiyasının Gürcüstanla bağlı mahiyyətini diqqət mərkəzində saxladığını qeyd etdi.
Müəllifdən sonra çıxış üçün söz Gürcüstan Parlamentinin Bolnisi,Dmanisi, Ağbulaq və Zalqa rayonlarından secilmiş Majoritar deputatı Qoqi Meşvlianiyə verildi. Qoqi Meşvliani azərbaycan və gürcü xalqlarının dostluğunda, dövlətlərimizin mehriban qonşuluq və iqtisadi tərəfdaşlıq münasibətlərində Heydər Əliyevin çox önəmli rolu olduğundan danışdı. Gürcüstan Parlamentinin keçmiş deputatı Heydər Əliyevi şəxsən görmüş, Gürcüstanla bağlı düşüncələrini öz dilindən eşitmiş Ramiz Bəkirov öz çıxışında Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü. Daha sonra Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin müşaviri Sərxan İsmayılov geniş məzmunlu çıxış etdi.

Bundan sonra kürsüyə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov dəvət olundu. Hüseyn Yusubov əvvəlcə Georqoba günü münasibətilə gürcü xalqını təbrik etdi.Bu buz azərbaycanlıların gürcü xalqının milli- mənəvi dəyərlərinə hörmətinin bariz nümunəsidir. Sonra Hüseyn Yusubov çıxışına davam edərək Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Gürcüstan ərazisindən keçməsinin Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu qeyd etdi. Bunu həm də biz- gürcüstan azərbaycanlıları üçün etdiyini vurğuladı. Bundan sonrakı çıxışları İqtisadiyyat üzrə fəlsəfə doktoru və Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzinin icraçı direktoru Murad Muradov davam etdirdi. Tədbirdə ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri, gənclər, bir çox ictimai təşkilatların rəhbərləri, Qardabani rayonu sakrebolonun sədr müavini, Vüqar Məmmədov, Bolnisi rayonu sakrebolonun sədr müavini Rəsul Bəxtiyarov, Dmanisidən Yuxarı Orzuman üzrə merin təmsilçisi Kamran Xıdırov, müxtəlif media nümayəndələri ştirak etdilər

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var
Öncəki yazı
Malidə partlayış olub, BMT-nin 7 sülhməramlısı yaralanıb