This is a specific ad

Bu gün Azərbaycan ilə Gürcüstan arasındakı diplomatik əlaqələrin qurulmasından 31 il ötür

49

Another advertisement

Bu gün Azərbaycan və Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 31 il ötür.

QafqazTürk.com xəbər verir ki, iki ölkə arasında diplomatik əlaqələrin əsası 18 noyabr 1992-ci il tarixində qoyulub.

1995-ci ilin fevral ayında Bakıda Gürcüstanın, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycanın səfirlikləri açılıb.

Azərbaycanın Gürcüstanın Batumi şəhərindəki Baş Konsulluğu 2010-cu ildən etibarən fəaliyyət göstərir.

Gürcüstanın Azərbaycanın Gəncə şəhərindəki Baş Konsulluğu isə 2013-cü ildə açılıb.

Fərəh hissi ilə demək vacibdir ki, Azərbaycan – Gürcüstan münasibətləri, sadəcə, qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə dünyaya nümunə olan strateji müttəfiqlikdir.

Azərbaycanla Gürcüstanı aşağıdakı siyasi xətlər birləşdirir:

1. Müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi

2. Qafqazda nisbi siyasi sabitliyin yaranması

3. Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi

4. Demokratik cəmiyyətin, hüquqi dövlətin qurulması

Azərbaycanı Gürcüstana yaxınlaşdıran ən mühüm məqamlardan biri də Gürcüstan azərbaycanlılarının dil, mədəniyyət, təhsil və s. sahələrdə mövcud problemlərinin həllindən ötrü həm rəsmi, həm də ictimai vasitələrlə zəruri işlərin həyata keçirilməsidir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Məktəb şagirdləri 4-cü Piyada Briqadasını ziyarət etdilər
Öncəki yazı
“Bayraktar TB3” növbəti sınağını uğurla başa vurdu – VİDEO