Another advertisement
Ana qədər əziz və dogma
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür!
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media qrupu olaraq, dilini sevən, hər addımında onun saflığını qoruyan və sinəsini sipər edib yad təsirlərdən hifz etməyə çalışan hər kəsi bu mübarək bayram münasibətilə ürəkdən təbrik edirik!
Diliniz dilimizdəki sözlərlə şirin olsun, dostlar! Çünki dildən bal da damar, zəhər də!
Xalq şairi Bəxtiyar Vahabzadə demiş:
Mənim ana dilim mənim kimliyim,
Pasportum, özumə öz hakimliyim!