This is a specific ad

Bu gün Avropa Parlamentində Gürcüstanda keçirilən seçkilər və Rusiyanın sözdə müdaxiləsi ilə bağlı debat elan olunub

222

Another advertisement

Bu gün Avropa Parlamentində Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri və Rusiyanın sözdə müdaxiləsi ilə bağlı debat keçiriləcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa Parlamenti elan edib.

Açıqlamaya görə, siyasi qruplar gündəmdəki dəyişikliklə bağlı razılığa gəliblər. Avropalı parlamentarilər qərarı təsdiqləməlidirlər.

“Parlament Gürcüstanda demokratik tənəzzüldən narahatlığını ifadə edir. Avropa Parlamentinin deputatları Gürcüstanda mübahisəli parlament seçkilərinin nəticələrini, o cümlədən Rusiyanın iddia edilən müdaxiləsini müzakirə edirlər.

2024-cü ilin oktyabrında hakim Gürcü Arzusu partiyasının qalib gəldiyi mübahisəli parlament seçkilərinin nəticələrinə etiraz etmək üçün minlərlə insan Gürcüstanda küçələrə axışıb. Mitinq iştirakçıları digər məsələlərlə yanaşı, beynəlxalq nəzarət altında yeni seçkilərin keçirilməsini və səslərin saxtalaşdırılması ilə bağlı iddiaların düzgün araşdırılmasını tələb edirlər.

Səsvermənin nəticələri elan edildikdən sonra Aİ-nin 15 ölkəsinin hökumət nümayəndələri Gürcüstandakı vəziyyətdən dərin narahat olduqlarını bildiriblər və azad və ədalətli seçkilərin beynəlxalq standartlarının pozulmasını pisləyiblər. Həmçinin, Avropa Parlamentinin aparıcı üzvləri beynəlxalq müşahidəçilər tərəfindən aşkar edilmiş qanun pozuntularını qeyd edərək, müşahidə edilən pozuntuların lazımi qaydada araşdırılmasını tələb ediblər”, – məlumatda deyilir.

Bundan əlavə, deputatlar noyabrın 25-28-də keçiriləcək plenar iclasda qətnaməyə səs verəcəklər.

Kateqoriya: Dünya, Gündəm, Siyasət
Sonrakı yazı
Baş nazir: Bakı və İrəvan arasında danışıqlara töhfə vermək üçün fəal rol oynamağa hazırıq
Öncəki yazı
Paşinyan Fransaya görə “erməni konyakı”nın artıq konyak adlandırılmamasını tələb edir