This is a specific ad

Bu gün Akaki Seretelinin doğum günüdür

50

Another advertisement

Bu gün görkəmli şair, yazıçı, maarifçi və ictimai xadim Akaki Seretelinin (1840 – 1915) doğum günüdür.

Böyük İlia Çavçavadze vaxtı ilə Akaki Sereteli haqqında bu sözlәri söylәyib: “Akakinin xidmәtlәrini vә zәhmәtini gürcü xalqı әbәdi lütf kimi daim qәlbindә yaşadacaq. Onun gözәl şeirlәrindәn dәfәlәrlә bәhrәlәnәcәk, ürəyini isindirәcәk vә Vәtәn odu ilә alışıb-yanacaq”.

QafqazTürk.com xəbər verir ki, Akaki Sereteli hələ illər öncəsi Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsərini gürcü dilinə tərcümə etməklə Gürcüstan-Azərbaycan ədəbi əlaqələrinin əsasını qoyanlardan biri olub.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından biri olan Məhəmməd Əmin Rəsulzadədən, Əlimərdan bəy Topçubaşovdan və Rövşən Əfəndiyevdən ibarət Azərbaycan nümayəndə heyətinin 1915-ci ildə böyük gürcü şairinin dəfnində iştirakı onun xatirəsinə böyük ehtiram və hörmət əlaməti idi!

M.Ə.Rəsulzadə dəfn mərasimindəki ana dilimizdəki çıxışında bu sözləri deyib: “Ey böyük şair, ey nəcib bir millətin yetirdiyi ali düha, sən sağlığında birlik və məhəbbət təlqin edirdin. Öldün: fəqət əmin ola bilərdin ki, sənin ruhun ölməmiş, o, hələ diridir”!
Bu yaxınlarda Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən gürcü klassikinin “Mənim nəğmələrim” (tərcüməçi: İmir Məmmədli) adlı şeirlər kitabı da işıq üzü görüb.

Biz, “Qafqaz Türk Media” və Gürcüstan Azərbaycanlıları Konqresi qrupu olaraq bu böyük mütəfəkkiri hörmətlə yad edir, ona uca Yaradandan rəhmət diləyirik!

Kateqoriya: Maraqlı
Sonrakı yazı
რუსებმა საქართველოს მოქალაქე გაიტაცეს
Öncəki yazı
Sarıkök Alzheymeri müalicə edir?