This is a specific ad

Bu gün Ağməmmədli kəndində İmam Rzanın (ə) mövlud günü qeyd olundu – ƏTRAFLI

88

Another advertisement

Hicri-qəməri təqvimi ilə bu gün zilqədə ayının 11-i, müsəlmanların səkkizinci imamı Həzrət Əbul-Həsən Əli ibn Musa Rzanın (ə) doğum günüdür.

Bu gün münasibətilə Marneuli bələdiyyəsinin Ağməmmədli kəndində yerləşən Ağməmmədli İmam Rza (ə) məscidində məscidin axundu Çingiz Əliyevin təşkilatçılığı ilə İmam Rzanın (ə) mövlud günü qeyd olundu.

İmam Rzanın (ə) mövlud günündə rühani şəxslər, o cümlədən Şeyx Hacı Ramin İgidov, Məşhədi Alı Əliyev, Hacı Əziz Nəbiyev, Gürcüstanda Əhli-Beyt Cəmiyyətinin müdiri Hacı Rasim Məmmədov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, QafqazTürk medianın jurnalistləri Aydə Əsgərova və Gülgün Məmmədxanova, Ağməmmədli kənd sakinləri, ruhanilər, gənclər və ziyalılar iştirak etdilər.

Həzrət Rzanın (ə) mövlud günündə Şeyx Hacı Ramin İgidov, Hacı Əziz Nəbiyev, Hacı Alı Alıyev və digər rühani şəxslər Həzrət Rzanın (ə) həyatı, fəaliyyəti və onun İslam aləmində tutduğu müqəddəs yer haqqında tədbir iştirakçılarına məlumat verdilər. Dini tədbir zamanı Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov da çıxış edərək, İslam dininin gözəlliyindən bəhs etdi və bu cür önəmli tədbirin təşkilatı üçün tədbir təşkilatçılarına öz dərin təşəkkürünü bildirdi.

İmam Rza (ə) Mövludu Mübarək!

HZ. İMAM RZANIN (Ə) KİMDİR?

Əhli-beytin (ə) səkkizinci günəşi olan İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. Həzrətin adı Əli, ləqəbi Rza, kunyəsi Əbul-Həsəndir. Atası İmam Kazım (ə), anası isə Nəcmə xanım olmuşdur ki, ona Ummul-bənin deyə müraciət edərdilər. İmam Rza (ə) atasının şəhadətindən sonra 35 yaşında ikən İmamətlik məqamına çatır. İslam ümmətinin rəhbərliyini öhdəsinə götürür. Həzrət (ə) 55 yaşında lənətlik Məmun tərəfindən zəhərləndirilib, şəhadətə yetişir.

İmam Rza (ə) şəhid edildikdən sonra Tus (Məşhəd) şəhərində dəfn edilir.

İndi imamın şəhid edilməsindən 1200 il keçməsinə baxmayaraq, hər gün onun məzarı və məqbərəsinin ziyarətinə saysız-hesabsız zəvvar gedir.

İslam alimlərindən Şeyx Səduqun İbrahim ibn Abbasdan nəql etdiyi hədisdə imamın məziyyətləri barədə belə deyilir: “Mən İmam Rzanın (ə) sözlə kimisə narahat etməyini, kiminsə sözünü yarıda qoymağını heç vaxt görmədim. O həzrət başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınarkən xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə yemək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi, o da gecəyarısı ərzağı çiyninə alıb yoxsul evlərə paylayardı”. 

Sonrakı yazı
4 yaşlı Yağmurun sizin köməyinizə ehtiyacı var
Öncəki yazı
Bu gün Gürcüstanda Polis Günü qeyd olunub