This is a specific ad

Bu gün ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək

20

Another advertisement

Bu gün ABŞ-ın 47-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.

QafqazTürk Media xəbər verir ki, inaqurasiya mərasimi ABŞ Kapitolinin binasında baş tutacaq.

Andiçmə mərasimi Tbilisi vaxtı ilə saat 21:00-da başlayacaq. Donald Tramp Ali Məhkəmənin sədri Con Roberts qarşısında adətən gələcək prezidentin həyat yoldaşının əlində olan İncil üzərində and içəcək və aşağıdakı sözləri söyləyəcək:

“Mən təntənəli surətdə and içirəm (və ya təsdiq edirəm) ki, mən Birləşmiş Ştatların Prezidenti vəzifəsini sədaqətlə yerinə yetirəcəyəm və bacardığım qədər Birləşmiş Ştatların Konstitusiyasını qoruyacağam”.

Donald Tramp and içdikdən sonra andiçmə mərasimində çıxış edir.

Ənənəvi olaraq, prezidentin andiçmə mərasimləri Kapitolinin binasından kənarda keçirilir, lakin gözlənilən soyuq hava şəraiti səbəbindən onlar bu ənənəni pozmağa və andiçmə mərasimini Kapitol binasının rotundasında təyin etməyə məcbur olublar.

Trampın andiçmə mərasiminə amerikalı qanunvericilər və digər rəsmilərin qatılacağı gözlənilir. Həmçinin dörd keçmiş prezident: Bill Klinton, Corc Buş, Barak Obama və Co Bayden. Mərasimdə Trampın 2024-cü il seçkilərində rəqibi olan vitse-prezident Kamala Harrisin də iştirakı gözlənilir.

İnauqurasiyada Argentina prezidenti Xavyer Milaqros və İtaliyanın baş naziri Gorgia Melon də daxil olmaqla bir sıra xarici liderlər də iştirak edəcək. Tramp Çin prezidenti Si Cinpini andiçmə mərasiminə dəvət edib, lakin onun yerinə vitse-prezident Han Zheng mərasimdə iştirak edəcək.

Donald Tramp dünya liderlərini inauqurasiya mərasiminə dəvət edən ilk ABŞ prezidentidir.

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Milli Bank – 2024-cü ildə səyahət gəlirləri əvvəlki ilə nisbətən 7,3% artıb
Öncəki yazı
 “Daxili siyasi nöqteyi-nəzərdən 2025-ci il çox vacib olacaq”-İrakli Kobaxidze