Another advertisement
Bu gün ABŞ-da 60-cı prezident seçkiləri keçiriləcək. Növbəti dörd il ərzində ölkəni kimin idarə edəcəyini Amerika vətəndaşları, daha sonra isə Seçicilər Kollegiyası müəyyən edəcək.
Qərb mediası yazır ki, ABŞ-da seçkilərin nəticələri adətən sandıqlar bağlandıqdan sonra bir neçə saat ərzində elan edilir, lakin builki gərgin rəqabət şəraitində bu, daha uzun çəkə bilər.
BBC-nin məlumatına görə, ABŞ-da prezident seçkilərində ilkin səsvermə prosedurundan artıq 81 milyondan çox vətəndaş yararlanıb.
Prezident seçkilərində qalib gəlmək üçün namizəd Seçicilər Kollegiyasının üzvlərinin 538 səsindən ən azı 270-nin səsini almalıdır.