This is a specific ad

Bu gün – 7 Avqust ölkəmizdə matəm günüdür

43

Another advertisement

Ölkəmizin Raca-Leçxumi və Aşağı Svaneti bölgəsində, Oni bələdiyyəsinə məxsus Şovi istirahət və müalicə Mərkəzində baş vermiş təbii fəlakət –  torpaq sürüşməsi nəticəsində həlak olmuş vətəndaşlarımızla bağlı matəm elan olunmuşdur.

İndi kədərlə aşağı dikilmiş başlarımız misilli, bayraqlarımız da “başıaşağı” dalğalanır.

Kədərin, qüssənin nə olduğunu bilməyənmi, onu çəkməyənmi var!? Bu kədər zamanı –  F.Saqanın “müqəddəs Kədər”i misilli – hıçqırıqlar içində boğula-boğula yarıya endirilmiş bayrağa hüznlə salam verirsən, baş əyirsən, bütün siyasi və iqtisadi iddialarını kənara qoyursan, dövlətinə və hökumətinə yaxın gəlirsən, həlak olanların ailələrinə başsağlığı-təskinlik verirsən, yaralılara şəfalar diləyirsən, təxliyə olunmuşlara maddi-mənəvi kömək və qardaş əlini uzadırsan…

Yarıya qədər endirilmiş bayraqların yanından kədərsiz keçən görmədim. Adam qalır məəttəl: bu flaqştoklar – bayraq dirəkləri, şaquli dayaqlar bu qədər dərd ağırlığına necə davam gətirir? Durnalar sanki qanad salır, dağlar əyilir, dalğalar pıçıltı ilə danışır, evlərin köşə-çənə daşları çökmək üzrə kimi görükür; bu köşə yazının sətirləri də həmçinin…

Lakin… hər nə qədər Qədərdən qaçmaq olmasa da, həyat davam edir!

Uca Yaradanın lütfünə sığına-sığına, Onun yeri-göyü fəlakətlərdən qorumağı üçün dua edə-edə, təslim bayraqları qaldırmamaq yönündə “Ağ bayraqlar”ın müəllifi ustad Nodar Dumbadzeyə “rəhmət” deyə-deyə,  Arif Nihat Asyanın bir bəndini pıçıldayırsan, pıçıldamaqdan artıq da hayqırırsan! –

Sana benim gözümle bakmayanın

Mezarını kazacağım.

Seni selamlamadan uçan kuşun

Yuvasını bozacağım…

…Bayrağım!..

Başın sağ olsun, Gürcüstanımız! Başımız sağ olsun!

İbrahimxəlil

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
რა საიდუმლოს ინახავენ “ჯრუჭულის მღვიმე” და “ორთვალა კლდე”
Öncəki yazı
2008 წლის აგვისტო…..