Bu gün 14 Aprel – Ana dili günüdür

33

Bu gün 14 Aprel Ana dili günüdür.

QafqazTürk.com xəbər verir ki, Ana dili günü Gürcüstanda 1978-ci ildən qeyd edilir.

Tarix

46 il əvvəl sovet hakimiyyəti ittifaq respublikalarında yerli dillərin dövlət dili statusundan məhrum edilməsi və rus dilinin SSRİ-də dövlət dili elan olunmasına dair qərar qəbul etmişdi. Bu qərara əsasən, Gürcüstan Konstitusiyasının 78-ci maddəsində də dəyişiklik edilərək buradan “Gürcüstanda dövlət dili gürcü dilidir” ifadəsinin çıxarılması nəzərdə tutulurdu. Aprelin 14-də SSRİ Ali Soveti qərarı təsdiq etməli idi. Bu, gürcü ictimaiyyətinin ciddi narazılığına səbəb olmuşdu. Həmin gün Tbilisinin mərkəzi prospekti Rustaveliyə 100 minədək adam çıxıb qərara etirazını bildirmiş və kommunist rejimi tarixində ilk dəfə olaraq qərarını dəyişmək məcburiyyətində qalmışdı.

Həmin gündən etibarən hər il aprelin 14-də ziyalılar və ictimaiyyət nümayəndələri Tbilisidəki “Ana dili” abidəsi qarşısında bu qələbəni geniş qeyd edirlər.

QafqazTürk Medianın təsisçisi Hüseyn Yusubovun təşəbbüsü ilə Ana dili günü ilə əlaqədar bu günkü xəbərlər yalnız gürce dilində olacaq

25
3
Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
დღეს 14 აპრილი დედაენის დღეა
Öncəki yazı
İrakli Qaribaşvili Prezidenti dövlət əleyhinə fəaliyyətdə ittiham edib