Another advertisement
Bu gündən Gürcüstanda laminatlı şəxsiyyət vəsiqələri ləğv edilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə bu barədə Dövlət Xidmətlərinin İnkişafı Agentliyi məlumat yayıb.
Bu qərar 2011-ci il iyulun 28-dən əvvəl verilmiş qeyri-elektron şəxsiyyət vəsiqələrinə təsir edir.
Məlumata görə, martın 15-dən şəxsiyyət vəsiqələrinin elektron şəxsiyyət vəsiqələri ilə əvəz edilməsi prosesi pulsuz həyata keçirilir.
Aksiya çərçivəsində 105 mindən çox insan laminatlı vəsiqələrini dəyişdirib.
Qeyri-elektron şəxsiyyət vəsiqələrini elektron şəxsiyyət vəsiqələri ilə pulsuz dəyişdirmək istəyən şəxslər Ədliyyə Evlərinə, Səyyar Ədliyyə Evlərinə, habelə Gürcüstanın xaricdəki diplomatik nümayəndəliklərinə və konsulluq müəssisələrinə müraciət edə bilərlər.